Müəllif: Tamara Mustafayeva, Banco.az
“Xiaomi”nin ilk elektrik avtomobili "SU7" olduqca müasir dizayna malikdir.
Banco.az xəbər verir ki, Çinin texnologiya nəhəngi “Xiaomi” ilk elektrik avtomobili "SU7" ilə avtomobil sənayesinə iddialı bir giriş edir.
Şirkətin bu yeni avtomobili iki fərqli versiya ilə istehlakçıların qarşısına çıxacaq: “SU 7 Pro” və “SU 7 Max”.
“Xiaomi SU7” uzunluğu 4997 mm, eni 1963 mm və hündürlüyü 1455 mm olan avtomobil kimi dizayn edilib. 3 metrlik təkər bazası sərnişinlərə rahat sürmə təcrübəsi təqdim etməyi hədəfləyir. Avtomobil həm təkmühərrikli, həm də ikimühərrikli variantda təklif olunacaq.
Qeyd edək ki, “Xiaomi”nin avtomobil sektorunda bu debütü şirkətin texnologiya sahəsindəki liderliyini avtomobil sektoruna da daşımaq istəyini əks etdirir.
Bizi sosial şəbəkələrdən izləyin!!