Xiaomi Türkiyədə istehsala başlayacağını rəsmən təsdiqlədi | Banco.az

Xiaomi Türkiyədə istehsala başlayacağını rəsmən təsdiqlədi

Uzun müddət sonra Xiaomi şirkəti Türkiyədəki rəsmi danışıqların nəticəsi barədə məlumat verib. Şirkət bildirib ki, Türkiyənin Avcılar bölgəsində 30 milyon dollara ərsəyə gələcək  fabriklə istehsala başlayacaq.

Şirkətin rəsmi məlumatına görə, 2000 nəfərin çalışacağı fabrikdə ildə 5 milyon mobil telefon istehsal ediləcək. İstehsala 2021-ci ilin ilk rübündə başlanacaq.

Mövzu barədə rəsmi açıqlama verən Xiaomi Türkiyənin rəhbəri Liu Usher istehsal üçün Türkiyə xalqına təşəkkürünü bildirib: “Əsas məqsədimiz bölgədə əlavə dəyər yaratmaq və onun bir hissəsi olmaqdır. Türkiyə işimizə sərmayə qoyan ən dəyərli bazarlarımızdan biridir. Müəssisəmiz Türkiyədə təxminən 14 min kvadrat metr ərazidə qurulacaq”.

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram