"Xiaomi” smartfonlarında “Google”un özəl neyron şəbəkəsi olacaq | Banco.az

"Xiaomi” smartfonlarında “Google”un özəl neyron şəbəkəsi olacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Beynəlxalq bazar üçün nəzərdə tutulan gələcək “Xiaomi” flaqman smartfonları “Google”un “Gemini” süni intellekti ilə təchiz olunacaq.

Banco.az xəbər verir ki, bu barədə rəsmi olaraq “Xiaomi” şirkətinin təsisçisi və baş direktoru Lei Jun “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib. 

Bildirilib ki, bu süni intellektə malik ilk qurğular, bu ilin oktyabr-noyabr aylarında təqdim olunacaq “Xiaomi 15”xəttində gözlənilir.

“Google”un həlli “Xiaomi”nin flaqman smartfonlarının qlobal versiyalarına yayılacaq, Çin bazarı isə “Xiaomi”nin “MiLM” adlı öz dil modelindən istifadə edəcək.

Süni intellektin inteqrasiyasının “Xiaomi” cihazlarının satışına müsbət təsir edəcəyi gözlənilir. “IDC”nin məlumatına görə, 2024-cü ilin ikinci rübündə “Xiaomi” qlobal smartfon bazarında 14,8% payla yalnız “Samsung” və “Apple”dan sonra üçüncü yeri tutub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram