Çinin nəhəng elektronika istehsalçısı Xiaomi-nin Portuqaliya filialı ödəniş vasitəsi kimi kriptovalyutalar qəbul etməyə başlayıb. Xiaominin Portuqaliyadakı yeganə rəsmi satış nöqtəsi olan Mi Store Portugal müştəriləri artıq məhsul alarkən BTC, ETH, USDT, DASH və UTK kriptovalyutaları ilə ödəniş etmək seçimi əldə edəcək. Bu təşəbbüs rəqəmsal ödənişləri qəbul etməyə imkan yaradan Utrust kripto ödənişlər platforması ilə əməkdaşlıq sayəsində həyata keçiriləcək. Portuqaliyada 6 satış mağazasına malik olan Mi Store Portugal-ın marketinq üzrə direktoru Pedro Maia açıqlamasında qeyd edib ki, şirkətin kriptovalyuta ilə ödənişləri qəbul etmə qərarı Xiaomi-nin yenilik etmək istəyi ilə əlaqədardır.
kriptoinvest.az
Bizi sosial şəbəkələrdən izləyin!!