Xiaomi-nin yeni fitness-qolbağı məlum oldu | Banco.az

Xiaomi-nin yeni fitness-qolbağı məlum oldu

Təqdimat noyabrın 21-də keçiriləcək

Xiaomi şirkəti bu günlərdə sosial şəbəkələrdə yeni bir fitness-qolbağının reklamına başlayıb, lakin qolbaq barəsində ətraflı məlumat verməyib. 

Rəsmi məlumatların olmaması, əlbəttə ki, internet şəbəkə xəbərçiləri və marka pərəstişkarlarını dayandıra bilməyib. Məlum olub ki, təqdimat noyabrın 21-də keçiriləcək.

Bundan əlavə, Xiaominin Tvitterdəki növbəti qeydində qolbağın adının Mi Band 3i olacağına işarə verilib. Qeyd 1 dekabrda Banqalore şəhərində keçiriləcək RunWithMi marafon yarışına həsr olunub. Finalçılara yeni Mi Band hədiyyə veriləcəyi vəd edilib. Güman ki, burada məhz Mi Band 3i nəzərdə tutulur.

Ən sərfəli kredit üçün müraciət et

Tanınmış şəbəkə informatoru Mukul Şarma (Mukul Sharma) artıq Mi Band 3i adının düzgünlüyünü təsdiqləyib. Model Xiaomi fitnes-qolbağının ucuz variantı olmalıdır.

Bu il təqdim olunan Mi Band 4, Mi Band 3 ilə müqayisədə AMOLED rəngli ekran və Bluetooth 5.0 interfeysinin dəstəyini alıb.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et