Xeyriyyəçiliyi dünyada ən zəngin olmasına mane oldu | Banco.az

Xeyriyyəçiliyi dünyada ən zəngin olmasına mane oldu

Warren Buffett hazırda dünyanının ən zəngin 3-cü şəxsidir.

Bloombergdən verilən məlumata görə, bu yaxınlarda ispaniyalı dəb maqnatı Amancio Ortega varidatının həcminə görə onu qabaqlayaraq, planetiminzin ikinci ən varlı sakininə çevrilib.

Hal-hazırda Buffetin varidatı 70.2 mlrd $ dəyərindədir. Lakin, Bloombergin araşdırması göstərir ki, əgər o xeyriyyə işlərinə külli miqdarda vəsait xərcləməsəydi, 102 mlrdlıq xəzinəyə sahiblik edəcəkdi.

Bloombergin milyarderlər indeksində Bill Gates 86 mlrd  dollarlıq sərvətlə dünyanın ən zəngin şəxsidir. Qeyd edək ki, o həm də Buffettin Berkshire Hathaway kompaniyasında da idarə heyətinin üzvlərindən biridir.

Ən sərfəli kredit üçün müraciət et

Ortega isə 71.5 mlrd dollarlıq sərvətlə ikinci yerdə gəlir.

Gates və Buffet  Giving Pledge imzalayıblar. Bu sənəd vasitəsilə, onların hər ikisi öhdələrinə götürürlər ki, sərvətlərinin heç olmasa yarısına qədərini filantropiya və xeyriyyəçilik işlərinə sərf edəcəklər. Həmçinin bu qayda onların mirasına da şamil olunur.