Müəllif: Gülnar Əhmədli, Banco.az
Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 49 milyard 422 milyon ABŞ dolları olub.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 1 milyard 810 milyon dollar və ya 3,8% çoxdur.
Son 1 ildə Azərbaycanın ixracı 5,7% azalaraq 25 milyard 42 milyon ABŞ dollarına, idxalı isə 15,8% artaraq 24 milyard 379 milyon ABŞ dollarına yüksəlib.
Nəticədə xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 8,3 dəfə az olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
