27 iyun 2016 - 01 iyul 2016-cı il tarixlərində İsveçrə hökumətinin maliyyə dəstəyi, Beynəlxalq Valyuta Fondunun Statistika departamentinin və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı ilə Bakı şəhərində Azərbaycan, Gürcüstan, Moldova, Belarusiya, Qırğızıstan və Tacikistan Respublikalarının nümayəndələrinin iştirakı ilə “Xarici sektorun statistikasının təkmilləşdirilməsi” mövzusunda beynəlxalq seminar keçirilir.
Müzakirə sessiyalarında müvafiq ölkələrin mərkəzi banklarının, maliyyə nazirliklərinin, dövlət statistika və gömrük komitələrinin nümayəndələrinin birgə iştirakı ilə xarici sektorun statistikasının (tədiyə balansı, xarici borc və beynəlxalq investisiyalar balansı statistikası) tərtibində praktiki və nəzəri metodoloji məsələlər ətraflı müzakirə olunur.
Seminarı əhatə edən mövzular ölkənin tədiyə balansı və beynəlxalq investisiyalar mövqeyi statistikasının təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.