Xarici saytlarda alış-veriş zamanı nələrə fikir verməliyik? | Banco.az

Xarici saytlarda alış-veriş zamanı nələrə fikir verməliyik?

İnternetin inkişafı həyatımıza özü bərabər bir çox yeniliyi gətirmişdir. Bunlardan biri də onlayn alış-verişdir.

İnsanlar evindən çıxmadan, hətta olduqları şəhəri, ölkəni tərk etmədən alış-verişlərini edə bilirlərsə, bunun yeganə səbəbkarı internetdir. Bu xidmətdən yararlana bilmək üçün isə mütləq qaydada bank kartlarından istifadə etmək lazımdır.

Ölkəmizdə bankların təqdim etmiş olduğu bu məhsul, alış-verişinizi daha rahat həyata keçirməyinizə yardımçı olur.

Siz kartınızın sayəsində stədiyiniz ölkədə bəyəndiyiniz və ya ehtiyacınız olan bir məhsulu, internet vasitəsilə rahatlıqla satın ala bilərsiniz.

Plastik kartların təbii ki, yeganə üstünlüyü bundan ibarət deyil. Siz həmçinin nağd pul daşıma problemi yaşamayacaqınız, pulunuzu daha etibarlı bir yerdə saxlamış olacaqsınız, nəinki alış-verişlərinizi, eyni zamanda kommunal ödənişlərinizi də edə biləcəksiniz.

Bu gün isə plastik kartla xarici saytlarda ödənişdən danışacağıq.

İnsanlar ölkədaxili onlayn alış-verişdən qorxduqları üçün, xarici saytlardan edilən alış-verişdən tamamilə uzaq gəzirlər.

Ən sərfəli kredit üçün müraciət et

Lakin artıq alınan təhlükəsizlik tədbirləri, inkişaf edən texnologiya sizə daha təhlükəsiz alış-veriş imkanı təqdim edir. Təbii ki, bu bir az da sizin əməliyyatlarınızı edərkən nələrə diqqət verdiyinizlə əlaqədardır. Alış-veriş edəcəyiniz saytın təhlükəsizliyi ən birinci ünsürdür. Çünki siz o saytda kartı məlumatlarınızı yəni; kartın nömrəsi, son istifadə tarixi və təhlükəsizlik nömrəsi qeyd edəcəksiniz. Buna görə də alış-veriş etdiyiniz saytın təhlükəsizliyi və etibarlılığı önəmlidir.

Əgər kart məlumatlarınızı internet saytlarına birbaşa vermək istəmirsinizsə, bunun üçün də müxtəlif variantlar var. Bunların ən başında ödəmə üsulları gəlir. Paypal ödəmə üsulu sayəsində internet vasitəsilə alış-verişinizi etibarla edə bilərsiniz. Üstəlik bu sistem dünyanın hər yerində etibarlıdır. Buna görə də bir çox alış-veriş saytında mövcuddur. Paypal sisteminin fəaliyyəti; məhsul alınır və əlinizə çatır. Əgər bəyənməsəniz və ya geri qaytarmaq istəsəniz, Paypal ilə əlaqə qura bilərsiniz.

Nəticə olaraq, plastik kartla istər ölkəmizdən, istərsə də xarici saytlardan etdiyiniz alış-verişlərdə əsas olan sizin diqqətinizdir. Unutmayın xairci saytlardan milyonlarla insan alış-veriş edir və istədiklərini ala bilirlər. Odur ki, qorxmayın və alış-verişinizi edin. 

 

Ən sərfəli krediti almaq üçün müraciət et