Xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilən vəsait 26% artıb | Banco.az

Xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilən vəsait 26% artıb

2016-cı ildə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 8 mlrd. 874,2 mln. manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, 2015-ci il ilə müqayisədə 1 mlrd. 854,1 mln. manat və ya 26,41% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 7 mlrd. 373,9 mln. manatı (83,1%-i) Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub. 

Mənbə: Apa.az