Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların həcmi açıqlanıb | Banco.az

Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların həcmi açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda ötən ay xarici mənbələrdən əsas kapitala 268,7 milyon manat vəsait yönəldilib. 

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,1% azdır. 

Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 248,7 milyon manatı (92,5 faizi) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Türkiyə, ABŞ, Yaponiya, Fransa, İsveçrə, Rusiya, Norveç və İran sərmayədarlarına məxsus olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et