Xaricdə təhsil almaq inanılmaz bir təcrübədir- fərqli yerlərdən və mədəniyyətlərdən gələn insanlarla tanış olma və əlaqələr qurma imkanı yaradır. Bu təcrübəni yaratmaqda və yaşamaqda sizə dəstək olan ünsürlərə ehiyacınız olacaq. Bunlardan ən önəmlisi dost qazanmaqdır.
Gəlin bir neçə nüansa birlikdə nəzər salaq.
Dost qazanmaq
Bu çətin bir işdir! Yalnızca bir neçə aylığına xaricdə təhsil alsanız və ya yaşasanız belə, əhatənizdə olan insanlar təcrübənizə böyük ölçüdə təsir göstərəcəkdir. Etibarlı yoldaşlarınızın olması yeni-yeni ərazilər kəşf etmənizdə və özünüzü evinizdəki kimi hiss etmənizdə köməyinizə çatacaq.
Proqramınızdan ayrı dostluqlar qurun
Böyük bir təhsil proqramı çərçivəsində xaricdə təhsil almaq mükəmməl olar, çünki praktiki olaraq öz ölkənizdən olanlarla anında dostluqlar qura bilərsiniz. Bənzər dərslər alaraq, eyni ekskursiyalara çıxaraq, yaxın ərazilərdə yaşıyaraq və.s Birlikdə hərəkət edərək bir birinizin problemlərinə kömək ola bilərsiniz.
Öz ölkənizdən olanlarla əlaqələr qurmağın avantajları göz qabağındadır, amma mən sizə, necə deyərlər, qol-budaq açmanızı və bəzi xarici dostlar qazanmağınızı şiddətlə tövsiyyə edirəm. Məs. əgər Praqada oxumağa qərar vermisinizsə orada Paris, Berlin, Roma, Krakov və s. kimi böyük şəhərlərdən olan tələbələrlə qarşılaşacaqsınız. Fərqli millətlərdən olan insanlarla dostluqlar qurmaq sizə daha öncə sahib ola bilməyəcəyiniz fərqli mədəniyyətlər və dillərlə tanış olma imkanı yaradacaq. Üstəlik, kim dünyanın hər yerindən ziyarət edilmək istəməz ki?
Ünsiyyət yolları
1.Facebook Qrupları
Erasmus- Avropalıların xaricdə təhsil almaları üçün istifadə etdikləri termindir. Yeni insanlarla əlaqələr yaratmaq üçün oxuyacağınız şəhərin Beynəlxalq Erasmus səhifəsinə qatıla bilərsiniz. Hər kəsə açıqdır və şəhərdəki pulsuz gəzintilər, klublarda təşkil edilən xüsusi tədbirlər, yaxın ətrafa edilən ekskursiyalar və buna bənzər fəaliyyətlər haqqında məlumatlar paylaşılır.
2.Sosial fəaliyyətlər
Təhsil aldığınız Universitet və ya fakultənizin təşkil etdiyi sosial fəaliyyətlərə mütləq qatılın. Hətda sizin üçün uyğun tədbir olmasa belə, yeni nələrisə sınaqdan keçirtməyə dəyər.
3.Proqram rəhbərindən ərazidə keçirilən “Language Meetups” barəsində məlumat alın. Olduqca gözəl keçir, adətən bar və klublarda təşkil olunur,qatılanlara danışdıqları dildə etiket və ya nişan verilir. Siz bildiyiniz və ya öyrənmək istədiyiniz dildəki insanlarla qarşılaşacaqsınız.
Əlbətdə ki yerlilərlə dost olmaq çox yaxşı fikirdir. Onlar hər şeydən öncə, şəhər,dil və mədəniyyət barədə sizə örnək olacaq və yol göstərəcəklər. Yerli biri ilə ünsiyətdə olmaq,sizə, hər hansı dil qramatikası dərsində öyrənəcəyinizdən daha çox fayda qatacaq.
4. Hobbilərinizdən yararlanın
Yoga, boks, rəssamlıq, musiqi, keramika, futbol, dil dərsləri, yemək və s. öyrənmək istədiyiniz yeni bacarıq və ya maraqlandığınız hər hansı bir şey, yeni insanlarla tanış olmaq üçün ideal bir yoldur. Əgər bir Avropa ölkəsində təhsil alacaqsınızsa, böyük ehtimalla İngilis dilində dərs alacaqsınız. Əgər macərasevər birisinizsə o zaman yerli dili öyrənməniz lazım olacaq. Bu da sizə yerli ölkənin mədəniyyəti və ənənələri haqqında daha ətraflı məlumat əldə etməyə kömək olacaq. Məs. əgər Cape Town şəhərində oxuyacaqsınızsa “surfing”-i sınamalı, həftə sonları sahilə getmək üçün bəhanə axtarmalısınız. Napoli-pizzalar şəhəri. Kim ustalardan öyrənmək istəməz məsələn?..
5.Host Buddy
Biraz qəribə səslənə bilər amma proqram rəhbərinizə “Host Buddy” istədiyinizi bildirə bilərsiniz. Bir çox yerlilər bu barədə könüllüdürlər. Onlar sizə yoldaşlıq etməklə öhdəliklidirlər, bundan faydalana bilərsiniz .Sizi öz dostları ilə tanış edə, yerli dildə sizə köməkçi olar və sizi ətrafla tanış edə bilərlər.
6. Danışın!
Turistik bölgələrin xaricinə çıxmağa çalışın. Yerli xalqların əksəriyyəti turistik bölgələrdə vaxt keçirməzlər. Rahat yerlərdən çıxıb fərqli yerlər kəşf edin. Sadəcə şəhərdə fərqli bir məhəlləyə səyahət etmək kömək olabilər. Əgər hər hansısa bir köməyə ehtiyacınız olsa “Local Guide” kimi resurslar fəaliyyət göstərir. Bu kimi resurslar vasitəsilə, yerlilər sizi, özlərinin ən çox getdiyi və xoşladığı(restoran,ticarət mərkəzi,turistik məkanlar)yerlərə yönləndirirlər.
Xaricdə oxuyarkən və yaşayarkən insanlarla yoldaşlıq etməmə və görüşməmək tamamilə normaldır. Ancaq yalnız olmadığınızı və sizin kimi hiss edən bir çox insanın olmasını bilmənizi istərəm.
Xaricdə təhsil inanılmaz bir təcrübədir…
Mənbə: igec.az