"Xalq Sığorta" maliyyə hesabatını açıqladı: AKTİVLƏRİ AZALIB | Banco.az

"Xalq Sığorta" maliyyə hesabatını açıqladı: AKTİVLƏRİ AZALIB

Xalq Sığorta şirkəti 2017-ci ilin yekunları üzrə maliyyə hesabatını açıqlayıb.

Şirkətin 2017-ci ilin sonuna aktivlərinin həcmi 52,915 mln. manat təşkil edir. Bu isə ötən ilin əvvəli ilə müqayisədə 2,3% azdır. Aktivlərinin 7,631 mln. manatı uzunmüddətli aktivlər, 3,893 mln. manatı debitor borcları, 40,770 mln. manatı pul vəsaitləri və onların ekvivalentləri, 555 min manatı isə sığorta ehtiyatlarında təkrarsığortaçıların payı təşkil edir. 

Ən sərfəli kredit üçün müraciət et

Sığorta şirkətlərinin cəmi öhdəliklərində də azalma qeydə alınıb. Belə ki, il ərzində şikətin cəmi öhdəlikləri 9,365 mln. manatdan 6,631 mln. manata düşüb. 

Xalq Sığorta şirkətinin kapitalında isə artım müşahidə olunub. Belə ki, cəmi kapital ötən il ərzində 3,3% artaraq 46,221 mln. manat olub.

Ən sərfəli krediti almaq üçün müraciət et