Xalq bilmir ki, pulunu hansı valyutada saxlasın | Banco.az

Xalq bilmir ki, pulunu hansı valyutada saxlasın

Milli Məclisin bu gün keçirilən iclasında “Valyuta tənzimi haqqında” qanunun müzakirəsi zamanı çıxış edən Yevda Abramov icra orqanlarına irad bildirib.

Deputat bildirib ki, qanuna təklif edilən dəyişiklikdə girov məsələsini iki icra orqanı aralarında müəyyənləşdirə bilmir. 

Deputatın fikrincə, valyutadəyişmə məntəqələrini ləğv etmək yox, sayını azaltmaq lazım idi.

“Ləğv etdilər ki, qaş düzəltsinlər, vurub gözü də çıxartdılar. 6000 insan burdan çörək yeyirdi. Dünyanın heç bir ölkəsində belə rahat valyuta dəyişmirdilər. 

Ən sərfəli kredit üçün müraciət et

Qoyun dəyişsinlər, vergi ödəsinlər, büdcəyə xeyir versinlər. Mən kimisə tənqid edəndə deyirlər ki, qərəzli danışıram. Novxanı, Bilgəh və Sahil qəsəbəsində villalarda yaşayan şəxslər qəza xidməti avtomobillərində çantalarla valyuta dəyişiblər.

Olmazdımı ki, elə bunu valyutadəyişmə məntəqələri edəydi və xeyri büdcəyə qalaydı. Babalarımızın, nənələrimizin “sandıq pulu” var.

Xalq çaşıb qalıb. Bilmir ki, pulunu hansı valyutada saxlasın. Əslində bizi fırladırlar, xalqı fırladırlar. İmkan verin, bir düzəngaha, azadlığa çıxaq. Düzdür, mən emosional danışıram. Amma danışmayanda da olmur”, - deyə deputat bildirib.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et