Xalq Bankdan MasterCard kartları - 50% endirimlə! | Banco.az

Xalq Bankdan MasterCard kartları - 50% endirimlə!

Xalq Bank xüsusi təklifləri ilə mütəmadi olaraq müştəriləri qarşısında yeni imkanlar açır. Fevral ayının 22-dən martın 31-dək Xalq Bankın filiallarında MasterCard ödəniş kartlarını 50% endirimlə əldə etmək olar. Aksiya zamanı Bankın filialına müraciət edərək MasterCard Debit, MasterCard Standard, MasterCard Gold və MasterCard World Black Edition ödəniş kartlarını endirimli şərtlərlə sifariş etmək və bu kartların verdiyi güzəştlərdən faydalanmaq mümkün olacaqdır. Belə ki, kampaniya müddəti ərzində müştəri kartın pulsuz əldə edilməsi üçün ilkin mədaxil məbləğinə, yaxud ilkin mədaxil olmadan ödənilən birdəfəlik xidmət haqqına 50% endirim qazanacaq. Xalq Bankın ödəniş kartları ilə alış-veriş olduqca sərfəlidir, çünki müştərilər daim müxtəlif imtiyazlar əldə edir, əlverişli tərəfdaş təkliflərindən yararlanır, aksiyalarda iştirak edirlər.

Xalq Bankın ödəniş kartları, keçirdiyi kampaniya və aksiyalar haqqında daha ətraflı məlumatı Bankın saytından - https://bit.ly/37wmlyT, yaxud 138 Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et