Xalq Bankda AniPay ilə ödə və qazan! | Banco.az

Xalq Bankda AniPay ilə ödə və qazan!

Ölkədə nağdsız ödənişlərin stimullaşdırılmasına dəstək məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təşkil edilən “AniPay ilə ödə və qazan!” stimullaşdırıcı lotereyasına start verilir. 1-30 noyabr 2021-ci il tarixlərdə fiziki şəxslər Xalq Bankda Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə köçürmələr etdikdə lotereyanın iştirakçısına çevrilərək 100 AZN qazanmaq şansı əldə edəcəklər.

Belə ki, bu dövr ərzində minumum 5 AZN məbləğində köçürmə edən hər bir fiziki şəxs qeyd olunan lotereyada iştirak etmək hüququnu qazanır. Qeyd edək ki, aparılan hər bir əməliyyat bir şansa bərabərdir. İstifadəçinin öz hesabları arasında apardığı və ya ləğv etdiyi əməliyyatlar lotereyada iştirak etmir. Uduş fondu 10 dekabr 2021-ci il tarixdə oynanılacaq.

Həmçinin, məlumat üçün bildirmək istərdik ki, 31 dekabr 2021-ci il tarixədək Xalq Bankda fiziki şəxslərdən AÖS vasitəsilə köçürmələr pulsuz icra ediləcək!

Ani Ödənişlər Sistemi vasitəsilə ölkə daxilində manat köçürmələrini hesabdan-hesaba ani icra etmək mümkündür. Sistemə qoşulmaqla fiziki şəxslər telefon nömrəsi, elektron poçt ünvanı və ya FİN-kod kimi identifikasiya vasitələri ilə daha sürətli və rahat köçürmələr həyata keçirə bilirlər.

Ən sərfəli kredit üçün müraciət et

Bankın digər məhsulları haqqında ətraflı məlumatı Bankın rəsmi Facebook, Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən almaq olar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et