"Xalq Bank" üçüncü rübü zərərlə başa vurub | Banco.az

"Xalq Bank" üçüncü rübü zərərlə başa vurub

“Xalq Bank” ASC 2016-cı ilin sentyabr ayına olan maliyyə göstəricilərini açıqlayıb.

Banco.az xəbər verir ki,  cari ilin 9-cu ayında bankın cəmi aktivləri 1 mlrd. 748 mln. 534 min manat olub.

Bankın iyun ayına olan göstəriciləri ilə müqayisədə aktivlərin həcmində 13,7%, yəni 23 mln. 678 min manat artım olub.

2015-ci ilin yekununda isə bankın aktivləri 1 mlrd. 193 mln. 630 min manat təşkil edirdi.

Sözügedən dövrdə bankın kredit portfeli 1 mlrd. 325 mln. 281 min manat olub. Ötən ilin yanvar göstəricilərinə nisbətən müştərilərə verilən kreditlərin həcmində 33,8% artım qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Cari ilin ikinci rübündə isə bankın kredit portfeli 1 mlrd. 398 mln. 264 min manat təşkil edirdi.

“Xalq Bank”ın depozit portfeli də ikinci rüb ilə müqayisədə 65 mln. 801 min manat artaraq  1 mlrd. 202 mln. 313 min manat olub.

2016-cı ilin sentyabrın sonunda bankın cəmi kapitalı 229 mln. 164 min manat həcmində olub.

Bank sentyabr ayını zərərlə başa vurub.

“Xalq Bank” ASC 3-cü rübü zərərlə başa vurub. Bankın ümumi zərəri 9 mln. 275 min manat olub.

“Xalq Bank” ASC Azərbaycan Respublikası  Mərkəzi Bankının 27 dekabr 2004-cü il tarixli 246 saylı lisenziyası əsasında fəaliyyət göstərir.

Ən sərfəli krediti almaq üçün müraciət et