Xalq Bank son maliyyə göstəricilərini açıqladı | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Xalq Bank son maliyyə göstəricilərini açıqladı

Xalq Bank yarım ilə yekun vurdu: bütün göstəricilər üzrə sabit artım

2019-cu ilin II rübünün yekunlarına əsasən ASC “Xalq” Bankı əsas maliyyə göstəriciləri üzrə stabil artım nümayiş etdirib. Bankın aktivləri 2019-cu ilin altı ayı ərzində 6.33% artaraq 2,135.27mln manat təşkil edib. Kredit portfelinin həcmi 2018-ci ilin sonu ilə müqayisədə 10.13% artaraq 1,522.64 mln manata çatıb. Bu ölkənin bank sektorunda ən yüksək göstəricilərdən biridir.

Cari ilin 1 iyul tarixinə bankın cəmi kapitalı 399.24 mln manat, nizamnamə kapitalı isə 139.69 mln manat artırılaraq 364.77 mln manataçatdırılmışdır. Müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi cari ilin altı ayı ərzində10.35% artaraq 1,389.81mln manata çatıb.Bank I yarımilliyi15.66mln manat xalis mənfəətlə başa vurub, bu göstərici üzrə Xalq Bank ötən ilin anoloji dövrü ilə müqayisədə 27.16% artıma nail olub.

Cari ilin birinci yarımillikdə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri Xalq Bankın ölkənin maliyyə sektorunun lider banklardan biri olduğunu təsdiqləyir və bankın mövqeyini daha da möhkəmləndirmişdir.