"Xalq Bank" ipoteka verməyə davam edir | Banco.az

"Xalq Bank" ipoteka verməyə davam edir

“Xalq Bank” ASC 2015-ci ildə də əhaliyə Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına ipoteka kreditlərinin, о сümlədən sosial ipotekanın verilməsini davam etdirir.

Bankdan bildiriblər ki, bankın filiallarında həm dövlət ipoteka proqramı çərçivəsində, həm də bankın öz vəsaitləri hesabına verilən ipoteka krediti almaq istəyən vətəndaşların müraciətlərinə baxılır.

Yanvarın 14-nə olan məlumata görə “Xalq Bank” 116,261 milyon manat həcmində 2706 ipoteka krediti verib. Bu kreditlərin 1296-sı Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə, 1410 ipoteka krediti isə əhaliyə bankın daxili ipoteka proqramı çərçivəsində verilib.

25 ilədək müddətə verilən ipoteka kreditinin illik faiz dərəcəsi 10 faizdən başlayır. Maksimal məbləği 500 min manat olan krediti hətta Azərbaycan Respublikasının qeyri-rezidenti olan şəxslər ala bilər.

Ən sərfəli kredit üçün müraciət et

azertag.az

Ən sərfəli krediti almaq üçün müraciət et