2018-ci ilin üçüncü rübü ərzində maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə əsasən ASC “Xalq” Bankı əsas maliyyə göstəriciləri üzrə stabil artım tempini qorumuşdur. Belə ki, cari ilin üçüncü rübünün sonuna aktivlərin həcmi ötən ilin sonu ilə müqayisədə 127.365 mln manat və ya 7,02% artaraq 1,941.013 mlrd manat təşkil etmişdir. Bankın məcmu kapitalı isə сari ilin 9 ayı ərzində 12,910 mln manat və ya 5% artaraq 271,181 mln manata çatmışdır.
Qeyd olunan dövr ərzində Bankın faiz gəlirləri ötən ilin anoloji dövrünə nisbətən 9,72% artmış, faiz xərcləri isə 11,6% azalmışdır. Bunun nəticəsində Bankın xalis faiz gəlirləri 2017-ci ilin 9 ayının yekunları ilə müqayisədə 17,38% artaraq 65,634 mln manat təşkil etmişdir. Qeyd etmək lazımdır ki, xalis faiz gəlirlərində müşahidə olunan müsbət trend, əsasən gəlir gətirən aktivlərin diversifikasiyası və xərclərin azaldılması nəticəsində yaranmışdır.
Xalq Bank 2018-ci il ərzində öz mənfəətliliyini qoruyub saxlamış və ötən ilin anoloji dövru ilə müqaisədə 36,84% artaraq ilin ilk üç rübünü 17,959.27 mln manat mənfəətlə bitirmişdir.
2018-ci ilin üç rübü ərzində maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri ASC “Xalq” Bankının ölkənin lider banklarından biri olmasını bir daha təsdiq edir. Bu uğurlar Bankın loyal müştərilərinin, peşəkar əməkdaş komandasının, düşünülmüş və effektiv idarəetmə siyasətinin nəticəsidir.
ASC “Xalq” Bankı 2004-cü ildə yaranıb. Ölkə ərazisində 29 filial və 605 nəfərlik peşəkar kollektivi xidmət göstərən Xalq Bank hazırda ölkənin ən böyük banklarından biridir.