"Xalq Bank" 53 mln manatlıq ehtiyat ayırdı | Banco.az

"Xalq Bank" 53 mln manatlıq ehtiyat ayırdı

Xalq Bank ASC ötən rübdə olduğu kimi sentyabr ayında da zərərlə işləmişdir. Baxmayaraq ki, Bankın faiz gəlirləri 68,2 mln manat, faiz xərcləri 27 mln manat, qeyri-faiz gəlirləri 3,3 mln manat, qeyri-faiz xərcləri isə 18,7 mln manat və uyğun olaraq xalis əməliyyat mənfəəti 25,7 mln manat təşkil etmişdir, onun senytabr ayı üzrə xalis zərəri 27,3 mln manat olmuşdur. Bunun əsas səbəbi isə Bankın yenə də aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 53,5 mln manat ehtiyat ayırması olmuşdur. Qeyd etmək lazımdır ki, iyul ayı üzrə xalis zərər 27.6 mln manat təşkil etmişdir.

Bankın aktivləri 2014-cü iyul ayı ilə müqayisədə sentyabr ayında 37,4 mln manat artaraq,  ümumilikdə 1,24 mlrd manat təşkil etmişdir. Bununla yanaşı, bank aktivlərinin 79%-i təşkil edən kredit portfeli isə sentyabr ayında 1,7% artaraq 980,3 mln manat olmuşdur. Qeyd edək ki, kredit protfeli dedikdə overdraftlar da daxil olmaqla, müştərilərə verilən kreditlərin və lizinqlərin məbləği nəzərdə tutulur. Bununla yanaşı, müştərilərdən cəlb edilən depozitlərin həcmi 18,8 mln manat artaraq784,2 mlin manat olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Xalq Bankın nizamnamə kapitalı 197125.29 min manatdır

Qeyd: Depozitlər punktuna banklar və digər maliyyə müəssisələri istisna olmaqla hüquqi və fiziki şəxslərdən cəlb edilmiş tələbli və müddətli depozitləri nəzərdə tutulur.

Xalis mənfəət dedikdə vergilər ödənilənədək xalis mənfəət nəzərdə tutulur.