Ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın mənfəəti 164%, yəni 2,64 dəfə artmışdır. Söhbət ötən ilin analoji dövrü ilə müqayisədə xalis mənfəətini 25 397,22 min AZN artıran Unibank-dan gedir. Bu barədə Banco.az saytı bankın rüblük göstəricilərinə istinad edərək məlumat verir.
Bankın cari ilin 9 ayı ərzində qazandığı xalis mənfəətin həcmi 40 849,58 min AZN olmuşdur.
2013-cü ilin sentyabr ayı ilə müqayisədə Unibankın aktivləri 20,7%, kredit portfeli isə 19,9% artıb. Bankın cəmi aktivləri 824, 750 mln, kredit portfeli isə 676, 415 mln göstəriciyə malikdir.
Kredit portfeli dedikdə - overdraftlar da daxil olmaqla, müştərilərə verilən kreditlərin və lizinqlərin cəmi məbləği nəzərə alınıb.
Bununla yanaşı, bildirmək istərdik ki, bankın xalis kredit porfelinin həcmi 645, 266 mln-dur ki, bu da ötən ilki göstəricidən 19,4% daha çoxdur.
Xalis kredit portfelinin həcmi isə, cəmi kredit porfelindən kredit və lizinqlərdə olan mümkün zərərlərin ödənilməsi üçün ayrılmış məqsədli ehtiyatları çıxmaqla tapılır.
Ötən dövr ərzində, cəmi müştəri depozitləri 15,6% artaraq, 468, 805 mln-a çatmışdır. Fiziki şəxslərin Bankdakı müddətli depozitlərində isə ötən ilin analoji dövrü ilə müqayisədə 14% artım qeydə alınmışdır.
Qeyd edək ki, Unibankın cəmi kapitalı 133, 072 mln-dan çoxdur ki, bu da ötən il ilə müqayisədə ən əhəmiyyətli artım göstəricilərindən biridir, bir il ərzində kapitalın həcmi 42% armışdır.
Bu göstəricilə Unibank Mərkəzi Bankın fəaliyyətdə olan bankların məcmu kapitalın həcminə dair tələbini artıqlaması ilə yerinə yetirmiş hesab olunur.