“X” sosial şəbəkəsi “TikTok”a bənzər video yayım platforması yaradacaq | Banco.az

“X” sosial şəbəkəsi “TikTok”a bənzər video yayım platforması yaradacaq

Müəllif:Ayşən İmanova/Banco.az

"X" sosial şəbəkəsi istifadəçi seçimlərinə uyğun olaraq axın videolarına baxmağa imkan verəcək platforma yaradır.

Banco.az xəbər verir ki, bu barədə “New York Post” nəşri məlumat yayıb.

Məlumata görə, avqustda məhdud istifadəçi qrupu fərdiləşdirilmiş qısa və uzun videolara baxmaq, həmçinin onlayn yayımlar aparmaq funksiyası ilə yeni platformanın beta versiyasını sınaqdan keçirə biləcək.

Yeni xidmət “Twitter”in (“X” sosial şəbəkəsinin rebrendinqdən əvvəlki adı) digər sosial şəbəkələrlə rəqabətə tab gətirə bilməyən 2016-cı ildə bağladığı “Vine” platforması (10 saniyəlik videoların yaradılması və paylaşılması) əsasında hazırlanıb. Sosial şəbəkə istifadəçiləri bu dəyişikliyi "TikTok"a bənzədiblər.

Qeyd olunub ki, bu yay "X" sosial şəbəkəsi "Smart TV" ekranlarında videolara baxmaq üçün proqram da təqdim edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram