Müəllif:Ayşən İmanova/Banco.az
“X” sosial şəbəkəsi (keçmiş “Twitter”) istifadəçilərin bəyənmələrini avtomatik olaraq gizlətməyə başlayır. İstifadəçi profillərindəki "Bəyən" nişanı tezliklə yox olacaq.
Banco.az xəbər verir ki, yeniliyi “X” sahibi İlon Mask təsdiqləyib.
"İnsanların izləyicilərin hücumuna məruz qalmadan yazıları bəyənmələrinə icazə vermək vacibdir",- deyə o bildirib.
“X”in baş proqram mühəndisi Enrike Barraqanın sözlərinə görə, istifadəçilər hələ də kimin öz postlarını bəyəndiyini və bütün yazılar üçün bəyənmələrin sayını görəcəklər, lakin digər sosial şəbəkə üzvünün paylaşımını kimin bəyəndiyini görməyəcəklər.
Qeyd edək ki, əvvəllər yalnız “X Premium” istifadəçiləri öz bəyənmələrini digər istifadəçilərdən gizlədə bilirdilər, indi isə kəs üçün əlçatan olacaq. Beləliklə, istifadəçilər kimin görə biləcəyindən narahat olmadan məzmunu bəyənə biləcəklər.
Bizi sosial şəbəkələrdən izləyin!!