"X” sosial şəbəkəsi bu ölkədə nümayəndəlik açdı | Banco.az

"X” sosial şəbəkəsi bu ölkədə nümayəndəlik açdı

Müəllif:Ayşən İmanova/Banco.az

"X" sosial şəbəkəsi (keçmiş "Twitter") Türkiyədə öz nümayəndəliyini açıb.

Banco.az xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

Onun sözlərinə görə, təmsilçiliyin açılmasını məhz Ankara tələb edib.

"Biz bu yaxınlarda reklama qadağa qoyduq, girişi məhdudlaşdırmaq qərarına gəldik və onları xəbərdar etdik. Yalnız bundan sonra "X" Türkiyədə nümayəndəlik açdı. "X" nümayəndəlik açmasaydı, onu cərimə gözləyirdi", - deyə Uraloğlu bildirib.

Qeyd edək ki, 2020-ci ildə Türkiyə sosial şəbəkələrin tənzimlənməsi çərçivəsində yeni tələbləri təsdiqləyib. Bu tələblərə əsasən, böyük beynəlxalq platformalardan ölkəyə rəsmi nümayəndələr təyin etmələri tələb olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et