X hərfi niyə həmişə məchul ədədləri təmsil edir? | Banco.az

X hərfi niyə həmişə məchul ədədləri təmsil edir?

Orta məktəbdə həmişə ağlımda qalan bir sual olub, istər kursda istər universitet dönəmində heç bir müəllim bunun cavabını mənə açıqlamayıb.

Dünyada o qədər hərf varkən, niyə həmişə X məchul ədəddir? Yəni X-i məchul etməyin səbəbi nədir?

Nyu York’da yerləşən Radius Foundation‘ın meneceri Terry Moore öz internet saytında elm istiqamətində araşdırmalar aparır, çox güman ki araşdırması zamanı X-in niyə məchul olduğunu kəşf edib. 

Bizim eradan əvvəl ilk əsrlərdə Türklər, Farslar və Ərəblər ərəbcə də əl-cəbr adlandırılan və bizim dildə cəbr mənasına gələn riyaziyyat sistemi qurulur.  Terry Moore 4 dəqiqəlik çıxışında X hərfinin bilinməyəni təmsil etməsinin səbəbini Ərəbcə, İspanca və Latın dilində riyaziyyat elminin inkişafı və öz dillərinə tərcüməsi zamanı meydana gəldiyini deyir.

Ən sərfəli kredit üçün müraciət et

Əslində illərdir, cavabın taba bilmədiyim bu sualı Terry Moore-un Tedx çıxışına baxdıqdan sonra öyrəndim. Bəyəndiyim ən yaxşı Tedx təqdimatlarından olan və boş vaxtlarımda izlədiyim tək-tük videolardan biri olan bu çıxışı sizlərlə paylaşmağı düşündüm. 

Qeyd: Videonun ana dilimizə tərcüməsində köməklik  göstərdikləri üçün  Samirə HəşimzadəGülçin Tağıyevaya xüsusi təşəkkürlər :)

Xəzər Aslanov. Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et