iOS üçün WordPress tətbiqi yenilənmə ala bilmir. Tətbiq artıq Apple ilə problem yaşayanlar siyahısına daxil olmaq üzrədir.
Şirkət bir müddətdir Fortnite ve Epic Games Store ilə də razılığa gələ bilmir. Wordpress rəhbəri isə Tvitterdəki paylaşımında Apple-a hər hansı komissiyanı ödəmədiyi təqdirdə tətbiqin yenilənmə ala bilməyəcəyini açıqlayıb. Tətbiq yaradıcısı həmçinin fəaliyyət göstərdiyi müddət ərzində Apple-ın qaydalarına mütləq şəkildə riayət etdiyini söyləyib.
Paylaşımdan sonra Apple rəsmiləri Wordpress-in ödənişi qəbul etdiyini açıqlayıblar. Bununla Wordpress də Apple-ın maliyyəsini təmin edən şirkətlər sırasına daxil olub.
Ted.az
Bizi sosial şəbəkələrdən izləyin!!
