"Wi-Fi" hansı ölkələrdə daha sürətlidir? | Banco.az

"Wi-Fi" hansı ölkələrdə daha sürətlidir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin aprel ayında sabit genişzolaqlı internetin sürətinə görə dünya ölkələri arasında birinci yeri Sinqapur (430.31 Mbps) tutub.

Banco.az internetin sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest"ə istinadən xəbər verir ki, ötən ay BƏƏ (375.66 Mbps) ikinci, Fransa (354.04 Mbps) üçüncü olub.

154 ölkə arasında sonuncu yerdə Türkmənistan (2.19 Mbps) qərarlaşıb. Azərbaycan isə bu siyahıda 82-ci (91.57 Mbps) olub. 

Genişzolaqlı internetin ən sürətli olduğu 10 ölkə bunlardır (Aprel, 2026):

  1. Sinqapur – 430.3 Mbps
  2. BƏƏ – 375.7 Mbps
  3. Fransa – 354 Mbps
  4. Honkonq (Çinin xüsusi inzibati rayonu) – 350.7 Mbps
  5. Çili – 345.1 Mbps
  6. İslandiya – 343.1 Mbps
  7. Makao (Çinin xüsusi inzibati rayonu) – 314.3 Mbps
  8. ABŞ – 308.6 Mbps
  9. İsveçrə – 295.7 Mbps
  10. Danimarka – 292.9 Mbps​​​

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram