“WhatsApp”da heç nə silinmədən köhnə nömrəni necə dəyişmək olar? | Banco.az

“WhatsApp”da heç nə silinmədən köhnə nömrəni necə dəyişmək olar?

Yeni nömrəni yeni hesab kimi qeydiyyatdan keçirmək istəyirsiniz və istəmirsiniz ki, “WhatsApp”da sizə göndərilən fotolar, səsli mesajlar, videolar silinsin. Bunun üçün nə etmək lazımdır?

Bu barədə daha ətraflı məlumatı təıqdim edirik.

1. "WhatsApp"ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun. Parametrləri seçin.

2. Növbəti ekranda "hesab" xanasını seçin.

3. İndi "nömrəni dəyişdir" xanasını seçin.

4. Ekranın aşağı hissəsində növbəti seçiminə toxunun.

5. Köhnə telefon nömrənizi, ardınca yeni telefon nömrənizi daxil edin və saxlamaq üçün "növbəti" düyməsini sıxın.

6. Ən sonda yeni nömrənizə gələn təsdiqləmə kodunu müvafiq xanaya daxil edirsiniz və həmişə kimi "WhatsApp" aktiv olur.

Məsləhət görülür ki, ehtiyat nüsxəsini (Back up) həyata keçirəsiniz.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et