"WhatsApp"a yeni funksiya əlavə olunub | Banco.az

"WhatsApp"a yeni funksiya əlavə olunub

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Meta” “WhatsApp” tətbiqində "İcmalar" funksiyasının işə salındığını elan edib.

Banco.az xəbər verir ki, populyar mesajlaşma tətbiqi olan “WhatsApp” platformada indiyədək mövcud olan “Qruplar” bölməsinə əlavə olaraq yeni funksiya işə salıb. “İcmalar” (Community) adlanan bu yeni funksiya istifadəçilərə altqrupları olan daha geniş söhbət imkanları yaradacaq.

Məhəllələr, məktəb valideynləri və iş yerləri kimi icmalar artıq “WhatsApp”da qrup söhbətləri təşkil edərkən bir çətir altında bir neçə qrupu birləşdirə biləcək. Fuknsiyanı aktivləşdirmək üçün “Android”də söhbətlərin yuxarısında, “iOS”da isə aşağıda yerləşən yeni icmalar başlığına toxunun. Oradan siz sıfırdan yeni icma yarada və ya mövcud qrupları əlavə edə bilərsiniz.

İcmaya qoşulduqdan sonra ehtiyac duyduğunuz məlumatı əldə etmək üçün mövcud qruplar arasında asanlıqla keçid edə bilərsiniz və qrup adminləri icmadakı hər kəsə vacib yeniləmələri göndərə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, yaxın aylar ərzində sözügedən funksiya dünyanın istənilən yerindən istifadəçilər üçün əlçatan olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et