Tamara Mustafayeva, Banco.az
WhatsApp Web üçün audio və video zəng funksiyası aktivləşdiriləcək.
Məlum olduğu kimi, mesajlaşma tətbiqinin mobil versiyasında audio və video zəng funksiyası mövcuddur. Pandemiya dövründə video zənglər istifadəçilər üçün müstəsna əhəmiyyət kəsb etməyə başladı. Odur ki, bu funksiya bir müddətdir ki, platformanın veb versiyası üçün də hazırlanırdı və şirkət bu gün sözügedən funksiyanın aktivləşdirildiyini elan edib.
Yenilənmə sayəsində tətbiqin yuxarı sağ küncündə müvafiq seçim yerləşdiriləcək. Audio və video zəng funksiyasından istifadə etmək üçün aşağıdakı mərhələləri izləmək tələb edilir:
- Brauzerdə WhatsApp Web-i və ya masaüstü tətbiqi aktivləşdirin.
- Hər hansı söhbət əsnasında yuxarı zolaqda qeyd edilən audio və ya video zəng seçimlərindən birinə klikləyin.
- Kamera, mikrofon və s. müvafiq icazələri təsdiqləyin.
Həmçinin oxu: Instagram Lite yenidən sınaqdan keçirilməyə başlanıldı
Bizi sosial şəbəkələrdən izləyin!!