Instagram Lite yenidən sınaqdan keçirilməyə başlanıldı | Banco.az

Instagram Lite yenidən sınaqdan keçirilməyə başlanıldı

Tamara Mustafayeva, Banco.az

Bir neçə ay əvvəl ləğv edilən "Instagram Lite" tətbiqi yenidən istifadəyə veriləcək.

Hazırda PUBG, Twitter, Facebook, Messenger kimi geniş istifadəçi auditoriyası olan tətbiqlərin "Lite" versiyası mövcuddur. Xüsusilə başlanğıc səviyyəli mobil telefonlar üçün nəzərdə tutulan bu versiya data sərfiyyatına və yaddaşa qənaət edir. Odur ki, bir müddət əvvəl Facebook tabeliyində olan Instagram platforması üçün "Lite" versiyasını sınaqdan keçirməyə başlamışdı. Ancaq qəfil qəbul edilmiş qərarla sınaq mərhələsi dayandırılmışdı.

İndi isə şirkət yenidən "Lite" versiyanı məhdud sayda istifadəçinin bəyənisinə təqdim edib. Android telefonlar üçün nəzərdə tutulan "Instagram Lite" hazırda təkcə Hindistanda sınaqdan keçirilir.

Yaxın günlərdə digər ölkələrdə aktivləşdiriləcəyi gözlənilən "Lite" versiya 2 MB-dan daha az yer tutur. Qeyd edək ki, bu yeni versiyada "Reels", "Alış-veriş" və "IGTV" bölmələri mövcud deyil, ancaq istifadəçilər "Hekayə" bölməsindən istifadə edə bilir.

Həmçinin oxu: Netflix audio yayım funksiyasını aktivləşdirdi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram