WhatsApp masaüstü versiyada yeni funksiya sınaqdan keçirir | Banco.az

WhatsApp masaüstü versiyada yeni funksiya sınaqdan keçirir

Tamara Mustafayeva, Banco.az

WhatsApp bir müddətdir ki, üzərində işlədiyi birdən çox cihaz funksiyasını masaüstü versiyada sınaqdan keçirməyə hazırlaşır.

Ötən ilin əvvəlində platformanın birdən çox cihaz dəstəyi funksiyası hazırlığında olduğunu bildirmişdik. Şirkət bir müddərdir ki, sözügedən funksiyanı yaxşılaşdırmağa çalışırdı. İndi isə 2021-ci ilin ilk Beta yenilənməsi yayımlanıb və birdən çox cihaz dəstəyinə dair xırdalıqlar müəyyən olub. Belə ki, mesajlaşma nəhəngi bu funksiyanı ilkin olaraq masaüstü versiyada sınaqdan keçirəcək.

Həmçinin oxu: WhatsApp-dan istifadəçiləri sevindirəcək 2 YENİ FUNKSİYA

birdən çox cihaz dəstəyi

WABetaInfo tərəfindən WhatsApp üçün 2.21.1.1 kodu ilə yayımlanan Beta versiya yenilənib ki, buradan da birdən çox cihaz dəstəyi funksiyasının yaxın günlərdə istifadəçilərin bəyənisinə təqdim ediləcəyi aydın olur. Məlum olduğu kimi, hazırda platformaya təkcə bir cihaz vasitəsilə qoşulmaq mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et