WhatsApp-dan növbəti YENİLİK | Banco.az

WhatsApp-dan növbəti YENİLİK

Tamara Mustafayeva, Banco.az

WhatsApp göndərilən media fayllarının avtomatik silinməsinə imkan yaradan yeni funksiya üzərində işləyir.

Məlum olduğu kimi, Instagram və WhatsApp platformasındakı hekayə bölməsində yayımlanan video və foto kontent 24 saat sonra avtomotik silinir. İndi isə bu xüsusiyyətin bənzəri WhatsApp-dakı media faylları üçün aktivləşdiriləcək.

Bunun üçün WhatsApp platformasında "media göndərmə" seçiminin yanına əlavə seçim də gələcək. Bu seçim ilə göndərilən sənədlər söhbət bağlandığı zaman avtomatik silinəcək. Qarşı tərəfə isə göndərilən sənədin bu yeni funksiya ilə çatdırıldığı bildiriləcək. Sözügedən media fayllarına foto, video və GIF təsvirləri daxildir. 

Hazırda sınaq mərhələsində olan bu yeni funksiyanın yaxın günlərdə aktivləşdiriləcəyi gözlənilir.

Həmçinin oxu: WhatsApp istifadəçiləri artıq bildirişləri birdəfəlik səssizləşdirə biləcəklər

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et