Western Union-dan çox fərqli reklam afişası | Banco.az

Western Union-dan çox fərqli reklam afişası

Tamara Mustafayeva, Banco.az

BBH London reklam agentliyi ABŞ-ın transmilli maliyyə xidmətləri təmin edən şirkəti Western Union üçün yeni reklam kampaniyası hazırlayıb. Kampaniyada istifadə edilən böyük divar afişası "sürət rəssamı" kimi tanınan Dave Sharp tərəfindən bir neçə dəqiqədə yaradılıb.

Kampaniya Western Union şirkətinin tətbiqləri və ya internet saytları vasitəsilə xarici ölkələrə pul köçürməyin necə sürətli icra edildiyini vurğulamaq üçün dizayn edilib. "Smile" (Təbəssüm et) adlı sənət əsərinin original versiyaya əsasən hazırlanan nüsxələri ölkənin bir çox yerində açıq hava afişasına çevriləcək. Həmçinin 6 metr hündürlüyə malik bir versiyası da Camden şəhərində nümayiş olunacaq.

BBH kampaniyanı hazırlayarkən insanların sevdikləri insanlara pul verərkən onların təbəssümünə səbəb olacaqları ideyasını əsas götürüblər. Video çarx isə Cənubi Londonda çəkilib. Hazırlanan video Facebook, Instagram, YouTube və Twitter platformalarında yayımlanaraq diqqət cəlb edən sosial filmə çevrilib.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: IKEA üçün hazırlanmış ən yaradıcı reklam afişaları

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et