#WE2019 Xanım sahibkarlar üçün müsabiqə başladı | Banco.az

#WE2019 Xanım sahibkarlar üçün müsabiqə başladı

“Women Entrepreneurship 2019” (WE2019) müsabiqəsi ilə ölkəmizdə ilin ən yaxşı xanım sahibkarı seçiləcək.

Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı, etibarlı biznes tərəfdaşı olan Azər Türk Bank ASC-nin əsas dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dövlət tərəfdaşlığı, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosasiyası (AQSİA) və “WoWoman Azerbaijan” təşkilatının tərəfdaşlığı ilə 2019-cu ilin Yanvar – Fevral aylarını əhatə edəcək “WE2019” Xanım sahibkarlar üçün müsabiqə Azərbaycanda (ümumi Respublika üzrə) 16 yaşdan yuxarı olan sahibkar xanımları əhatə edəcək.

Belə ki, 2 mərhələdən ibarət olacaq “WE2019” müsabiqəsinin ilk mərhələsində Respublika üzrə sahibkar xanımların müraciətləri toplanacaqdır. Sahibkar xanımların layihələrinin (startap) müraciəti onlayn formada 1 ay ərzində davam edəcəkdir. Bundan sonra tərəfdaş qurumların heyəti və “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən formalaşdırılmış mentorlardan ibarət münsiflər heyəti tərəfindən müraciətlər yoxlanılacaqdır. Layihənin 2-ci mərhələsində müraciətlərin yoxlanılması bitdikdən sonra artıq Fevral ayının sonlarında müraciəti qeydə alınmış sahibkar xanımlar arasında ən uğurlu ideya və biznesə sahib olan xanım qalib olaraq müəyyənləşdiriləcəkdir. Qalibi beynəlxalq sahibkarlıq və startap tədbirlərində iştirak etmək üçün səfər, “Youth Inc.” Biznes İnkubasiya Mərkəzində fəaliyyət göstərmək və digər hədiyyələr gözləyir.

Ən sərfəli kredit üçün müraciət et

Youth Inc.” Sahibkarlıq Proqramı ölkəmizdə 2013-cü ildən bəri fəaliyyət göstərərək 2015-ci ildə öz işinə başlamış Biznes İnkubasiya Mərkəzi ilə 16 layihəyənin (startap) uğurla fəaliyyətə keçməsi, 36 biznesin dəstəklənməsi, 200-dən çox iş yeri ilə təmin edilməsi ilə yanaşı ümumilikdə təlim və tədbirləri ilə 8000-dən çox gənci əhatə etmişdir.

Qeyd edək ki, layihənin rəsmi informasiya dəstəkçiləri “ARB TV”, “MAG TV” və “1news.az”-dır. 

Müsabiqə ilə bağlı ətraflı məlumat almaq üçün: http://we.youthinc.az/
Müsabiqəyə müraciət etmək üçün: http://we.youthinc.az/apply/