Waves nədir? Haradan almaq olar? | Banco.az

Waves nədir? Haradan almaq olar?

Waves layihələrin kütləvi maliyyələşdirilməsinə şərait yaradan və hər kəsə öz tokenini yaratmağa imkan verən Blockchain platformasıdır.

Waves platforması layihələrə öz içində istifadə edə biləcəkləri tokenləri hazırlamaq imkanı təqdim edir. Yaradılmış tokenlər sayəsində istifadəçilər öz layihələri üçün vəsait toplaya bilirlər. 2016-cı ilin iyun ayında bazara çıxarılan Waves-in ilk prioriteti token sisteminin inkişafı idi.

Waves miqyaslama problemlərini aradan qaldırmaq üçün Blockchain həllərinin əvəzinə iki qatlı bir quruluşa əsaslanır. Bitcoin şəbəkəsi kimi yalnız “full node”-lar üzərində çalışmaq əvəzinə “lightwieght” və “full node”-ları birləşdirən sistemə sahibdir.

Platformanın digər əsas xüsusiyyətlərinə nəzər salaq.

“WavesDex”, mərkəzsiz birja

Mərkəzsiz birjalar mərkəzi birjaların daşıdığı bir çox riskdən uzaqdırlar. İstifadəçilərin bütün kriptovalyutaları öz cüzdanlarında saxlanılır. Mərkəzsiz birjalardan xüsusi limit olmadan istənilən qədər pul çıxarıla bilər.

“WavesDex”-də BTC/Waves cütlüyündən əlavə dollar, avro və türk lirəsi də yer alır. Pul çıxarmaq istəyən istifadəçilərin şəxsiyyətini təsdiqləmələri vacibdir.

“Kirayə götürmə”, “Leased Proof of Stake” (LPoS)

LPoS alqoritmi istifadəçilərin Waves tokenlərini şəbəkə istifadəsinə təqdim etməsiylə bir növ icarə üsulu mədənçiliklə məşğul olmasıyla işləyir. Bir istifadəçinin “full node” olaraq işləyə bilməsi üçün 1000 Waves-ə sahib olması lazımdır. İcarəyə götürülən Waves miqdarına görə istifadəçilər zamanla mədənçilik tokenləriylə mükafatlandırılır.

Haradan almaq olar?

Dövriyyədə 100 milyon Waves tokeni var. Waves tokenlərini Waves-in öz birjasından və ya “Binance”-dan almaq olar.

Bunlar da maraqlıdır:

Ən sərfəli kredit üçün müraciət et

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et