Wanchain (WAN) nədir? Haradan almaq olar? | Banco.az

Wanchain (WAN) nədir? Haradan almaq olar?

Wanchain (WAN) maliyyə sahəsini yenidən inşa etməyi hədəfləyən və dünyadakı rəqəmsal varlıqları bir araya gətirən kriptovalyuta hesab olunur. Yeni bir paylanmış maliyyə infrastrukturu meydana gətirən Wanchain rəqəmsal iqtisadiyyatı gücləndirmək istəyir.

Fərqli Blockchain şəbəkələri arasında əməkdaşlığı təmin edən və əlaqə yaradan Wanchain zəncirlər arasında əməliyyat həyata keçirilməsinə imkan verir. Bunun sayəsində Blockchain texnologiyasının gündəlik fəaliyyətə tətbiqi prosesinə də qatqı təmin edən kriptovalyuta sanki gələcəyə işıq tutur. Wanchain rəqəmsal aktivləri bir araya gətirəcək yeni bir infrastruktur quraraq bu hədəfə çatmağı planlaşdırır.

Wanchain fərqli Blockchain dəftərlərini birləşdirərək onlar arasında paylanmış şəkildə dəyər mübadiləsinə şərait yaradır. Zəncir-arası protokolunu patentsiz meydana gətirmək istəyən Wanchain ən aktual kriptoqrafik nəzəriyyələrdən istifadə edib. Açıq qaynaqlı, gizli və ya konsorsium olub olmadığına baxmayaraq, hər hansı Blockchain şəbəkəsi Wanchain dəftəriylə inteqrasiya edilə bilər. Yəni, Wanchain dəftəri yalnız ağıllı müqavilələri deyil, tokenləri də dəstəkləyir.

Harada almaq olar?

2016-cı ildən bəri çalışan Wanchain, keçən ilin sentyabr ayında bir ICO təşkil etdi. Müasir dünyanın bankı olmağı hədəfləyən kriptovalyuta istifadəçilərinə kredit çəkmə, ödəniş etmə ya da investisiya kimi müxtəlif maliyyə xidmətləri təklif etməyi planlaşdırır. İstifadəçilərin anonimliyini də nəzərə alan Wanchain tamamilə imzasız əməliyyatlar edilməsinə imkan yaradır. Wanchain başda “Binance” olmaqla, “Huobi” və “Kucoin” birjalarında əməliyyat görməyə davam edir.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et