Müəllif: Tamara Mustafayeva, Banco.az
"Walmart"ın bazar dəyəri ilk dəfə 1 trilyon dolları keçib.
Banco.az xəbər verir ki, ABŞ-ın pərakəndə nəhəngi “Walmart”ın səhmləri ABŞ-da bazarların açılmasından qısa müddət sonra bir tam onda altı faiz yüksələrək 126 dollara çatıb və bütün dövrlərin ən yüksək səviyyəsini görüb.
Bu artımla birlikdə “Walmart”ın bazar dəyəri müvəqqəti olaraq bir trilyon dollar həddini keçdi və şirkət tarixində ilk dəfə bu göstəriciyə nail olub.
“Walmart”ın səhmləri Bakı vaxtı ilə saat 19.00-da 125,41 dollardan alınıb-satılarkən, şirkətin ümumi bazar dəyəri 999 milyard dollar səviyyəsinə geriləyib.
Mövcud səhm qiymətinə əsasən “Walmart” hazırda ABŞ-ın ən dəyərli onuncu açıq səhmdar şirkəti mövqeyində qərarlaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
