Wall Street-də bir işçinin xərcləri | Banco.az

Wall Street-də bir işçinin xərcləri

Amerikada Wall Street küçəsi üzərindəki plazalarda işçilərin orta həyat xərci araşdırıldı.

BUSINESS Insider saytı Wall Street işçilərinin ortalama həyat xərcini ortaya çıxardı. Pulun ürəyinin atdığı Wall Street qazandırdığı qədər işçilərinə olduqca yüksək xərcli bir həyatı da zəruri edir. Budur dəst paltardan qəhvəyə qədər Wall Street-də bir işçinin xərcli həyatı. 

Ev kirayəsi 3300 $: Wall Street-də çalışanlar üçün işə yaxın oturmaq əhəmiyyətlidir. Daşınmaz əmlak şirkətlərinin məlumatlarına görə rəqəmlərinə görə, Wall Street işçiləri Manhattanda yaşamaq üçün ayda orta hesabla 3300 dollar kirayə ödəyir.

Ayaqqabıya 200 $: Həm qadın həm də kişi çalışanlar ayaqqabılara yüksək pullar ödəyir. Kişilərdə orta aylıq ayaqqabı xərci bir cüt üçün 200 dollar olarkən qadınlarda bu iki dəfə çoxdur.

Kostyum 1500 $: Ayaqqabılar qədər paltarlar da çox əhəmiyyətlidir. Wall Street-də işçiləri bir dəst üçün ayda 1500-2000 dollar xərcləyir.

Ən sərfəli kredit üçün müraciət et

Qəhvə və yemək 600 $: Bütün günün yorğunluğu və stresini aşmaq üçün çalışanlar ayda qəhvə və yeməyə ən az 600 dollar xərcləyir.

Kimyəvi təmizləmə 125 $: Wall Street-də işçilər aylıq kimyəvi təmizləmə üçün 80-125 dollar arası xərcləmə edir.

İdman klubu üzvlüyü 85 min $: Xüsusilə yaşları bir az böyük çalışanlar üçün illik klub üzvlüyü əhəmiyyətlidir. Ortalama bir idman və əyləncə klubuna üzvlük bəzən 85 min dollara qədər çıxır.

Soho üzvlüyü 900 $: Wall Street-də işçilər Soho hovuzuna az qala üzv olmaq məcburiyyətindədirlər. Bu da ildə 900 ilə 2400 dollar arasında bir üzvlük haqqı deməkdir.

Köməkçi 100 $: Wall Street-də işçilər evlərini nizama salmaq üçün köməkçilərinə ayda ən az 100 dollar ödəyir.

mənbə

Ən sərfəli krediti almaq üçün müraciət et