Vüsal Qasımlı UNESCAP-ın Bankokdakı tədbirində açılış nitqi edəcək | Banco.az

Vüsal Qasımlı UNESCAP-ın Bankokdakı tədbirində açılış nitqi edəcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı sentyabr ayının 28-29-da Bankokda keçiriləcək "Sərhədlər arası kağızsız ticarətin asanlaşdırılması üzrə müvəqqəti hökumətlərarası idarəetmə qrupunun altıncı iclası”nda Azərbaycanı təmsil edəcək. Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) təşkilatçılığı ilə bütün üzv ölkələrin də iştirak edəcəyi tədbirdə V. Qasımlı açılış nitqi ilə çıxış edəcək. Çıxışı zamanı Vüsal Qasımlı Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanda “smart nation” quruculuğu barədə iştirakçılara məlumat verəcək.

İki günlük tədbir zamanı işçi qrup hökumətin sərhədlərarası sənədsiz ticarətin asanlaşdırılması üzrə regional razılaşma layihəsinin mətninin daha da təkmilləşdirilməsi, sərhədlərarası sənədsiz ticarətin asanlaşdırılması üzrə regional razılaşmanın mətnində əsaslı müddəaların həyata keçirilməsi üçün yol xəritəsi layihəsinin hazırlanması kimi bir sıra məsələlər müzakirə edəcək.

Qeyd edək ki, Azərbaycan Asiya və Sakit Okean ölkələri arasında sərhədlərarası sənədsiz ticarətin asanlaşdırılmasına dair Çərçivə Sazişini qəbul edən ilk ölkədir. Prezident İlham Əliyevin Sərəncamı ilə “Asiya və Sakit Okean Regionunda Transsərhəd Kağızsız Ticarətin Sadələşdirilməsi üzrə Çərçivə Sazişi”nə qoşulmaq haqqında qanun qəbul edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et