Vüsal Qasımlı: "Azərbaycanda bank sektoru daha da sabitləşdiriləcək" | Banco.az

Vüsal Qasımlı: "Azərbaycanda bank sektoru daha da sabitləşdiriləcək"

Gələcəkdə Azərbaycanın bank sektorunda vəziyyət daha da sabitləşdiriləcək. 

Bunu açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib.

"Azərbaycanda maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi fəaliyyət göstərir. Bu xəritədə Azərbaycanın maliyyə sektoru, o cümlədən bank sektoru ilə bağlı prioritetlər müəyyənləşdirilib. Düşünürəm ki, sənədə uyğun olaraq Azərbaycanın bank sektorunun inkişafı təmin olunacaq, bu sahədə vəziyyət daha da sabitləşdiriləcək. Bankların bütün istiqamətlərdə, risk menecmentindən tutmuş toksik aktivlərin idarə edilməsinə qədər fəaliyyəti yüksək səviyyədə təmin ediləcək",- deyə İİTKM rəhbəri qeyd edib. 

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et