VTB Azərbaycan uşaqlara Yeni il nağılını bəxş etdi | Banco.az

VTB Azərbaycan uşaqlara Yeni il nağılını bəxş etdi

Rusiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə, VTB (Azərbaycan) və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin dəstəyi ilə 24-26 dekabr tarixlərində uşaqlar üçün xeyriyyəçilik fəaliyyəti çərçivəsində «Nənənin nağılları» Yeni il tamaşaları təşkil olunmuşdur.

Rus nağılları əsasında təşkil olunan tamaşalar uşaqların böyük marağına səbəb olub. Nağıllardan tanıdıqları qəhrəmanları teatr səhnəsində görmək uşaqları çox sevindirib.

S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında baş tutmuş beş tamaşanın hər birinin sonunda gənc tamaşaçılara içi şirniyyatla dolu hədiyyələr təqdim olunmuşdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Ən sərfəli kredit üçün müraciət et

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et