VTB (Azərbaycan) “Smartfonla ödəniş et – Cash Back qazan” adlı aksiyaya start verdi | Banco.az

VTB (Azərbaycan) “Smartfonla ödəniş et – Cash Back qazan” adlı aksiyaya start verdi

Yeni aksiya çərçivəsində bank VTB (Azərbaycan)-ın bütün VİSA kart istifadəçiləri NFC texnologiyası ilə ilk dəfə təmassız ödəniş edərkən Cash Back qazanacaq. Bunun üçün Direct Pay By VTB əlavəsini (Play MarketAppGallery-də mövcuddur) mobil telefona yükləmək və  NFC funksiyasını dəstəkləyən Android platformalı smartfon vasitəsilə təmassız ödəniş etmək lazımdır. Ödənişi etmək üçün mobil telefonu təmassız ödənişi dəstəkləyən istənilən POS-terminala yaxınlaşdırmaq kifayətdir.

Bununla yanaşı, kart sahibləri növbəti ödənişlər zamanı da Cash Back əldə edə bilər. Ay ərzində 5 manatdan başlayan on və daha çox ödəniş həyata keçirən müştərilərə 25 manat geri qayıdacaq. Aksiya 10 aprel 2021-ci ilədək qüvvədədir. Vəsait karta bir aydan gec olmamaq şərtilə geri qayıdır.

Linkə keçid edərək smartfon vasitəsilə təmassız ödəniş haqqında ətraflı məlumat əldə etmək mümkündür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram