VTB (Azərbaycan) nağd pul kreditləri üzrə faiz dərəcələrini endirdi | Banco.az

VTB (Azərbaycan) nağd pul kreditləri üzrə faiz dərəcələrini endirdi

VTB (Azərbaycan) nağd kreditlər və yenidən maliyyələşdirmə üzrə faiz dərəcələrini 0.5 faiz bəndi azaldıb.

Minimum faiz dərəcəsi illik 14% təşkil edəcək. Qeyd edək ki, bankın nağd pul kredit portfeli ilin əvvəlindən 4% artaraq 72,7 milyon manat təşkil edib.

VTB (Azərbaycan)-da 300 manatdan 40 000 manatadək nağd pul krediti komissiyasız və zaminsiz 6 aydan 5 ilədək müddətə verilir. Yenidən maliyyələşdirmə proqramı çərçivəsində siz digər banklardan bir neçə daha bahalı krediti birləşdirə, həmçinin istənilən məqsəd üçün əlavə vəsait əldə edə bilərsiniz. Krediti almaq üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir, gəliri və məşğulluğu təsdiq edən sənədlər, habelə zamin tələb olunmur. Endirimli təklif iyunun sonuna kimi keçərlidir.

“Bahar bayramları ərəfəsində əhali arasında ən populyar məhsullardan biri olan nağd pul kreditlərinin şərtlərini yaxşılaşdırmaq və daha da münasib etmək qərarına gəldik. İlin əvvəlindən bank müştərilərə 7,5 milyon manat məbləğində 760-dan çox nağd pul krediti verib. Eyni zamanda, biz borcalanların borc yükündən yayınaraq, onların borc yükünü diqqətlə izləməyə davam edirik”, - deyə VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Nağd pul krediti üçün bankın rəsmi saytından, eləcə də 986 qısa nömrəli əlaqə mərkəzi vasitəsilə məsafədən müraciət edə bilərsiniz. Kredit Bakı şəhəri və Abşeron yarımadası daxilində müştəri üçün əlverişli olan istənilən ünvana çatdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram