“Volkswagen”in mənfəəti 64% azalıb | Banco.az

“Volkswagen”in mənfəəti 64% azalıb

Müəllif:Ayşən İmanova/Banco.az

Alman avtomobil nəhəngi “Volkswagen” 2024-cü ilin üçüncü rübündə mənfəətinin kəskin azaldığını açıqlayıb.

Banco.az xəbər verir ki, şirkətin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 63,7% azalaraq cəmi 1,576 milyard avro təşkil edib.

Maliyyə göstəricilərinin belə nəzərəçarpacaq dərəcədə azalmasının əsas səbəbləri kimi yüksək xərclər və əsas bazar olan Çində tələbin zəifləməsi göstərilir.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin baş maliyyə direktoru Arno Antlitz bildirib ki, mövcud vəziyyət xərclərin əhəmiyyətli dərəcədə azaldılmasına və səmərəliliyin artırılmasına təcili ehtiyac olduğunu göstərir.

Qeyd edək ki, “Volkswagen” artıq son aylarda illik proqnozunu iki dəfə azaldıb. Şirkət il ərzində satışların azalacağını və gəlirliliyin 5,6%-ə qədər düşəcəyini gözləyir.