"Volkswagen" Rusiya bazarını tərk etdi | Banco.az

"Volkswagen" Rusiya bazarını tərk etdi

Müəllif: Aida İsaqova, Banco.az

“Volkswagen” şirkəti Rusiyadakı aktivlərini satıb.

Banco.az xəbər verir ki, alman avtomobil istehsalçısı “Volkswagen”dən verilən açıqlamada şirkətin Rusiyadakı aktivlərinin “Avilon” adlı rus şirkətinə satışının tamamlandığı bildirilib.

Açıqlamada həmçinin şirkətin Kaluqadakı istehsalat fabrikinin də müqavilə çərçivəsində satıldığı və müqavilənin Rusiya səlahiyyətliləri tərəfindən də təsdiqləndiyi qeyd olunub.

Rus mətbuatı sözügedən razılaşmanın 125 milyon avro dəyərində olduğunu bildirib.

Xatırladaq ki, daha əvvəl “Mercedes”, “Renault” və “Nissan” şirkətlərinin aktivləri də Rusiya hökumətinə satılmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et