Volkswagen-in törəmə şirkəti 1600 işçini ixtisar etmək istəyir | Banco.az

Volkswagen-in törəmə şirkəti 1600 işçini ixtisar etmək istəyir

Müəllif:Mehin Qasımova,Banco.az

Avtomobil istehsalçısı Volkswagen-in maliyyə problemi olan proqram təminatı üzrə törəmə şirkəti Cariad ilin sonuna qədər 1600 işçini ixtisar etməyi planlaşdırır.

Banco.az xəbər verir k, bu barədə şirkət məlumat verib.

Məlumata görə, bu tədbirlər Cariad-ın Berlin, Volfsburq, İnqolştadt və Ştutqart yaxınlığındakı Mönsheimdəki dörd əsas filialının əməkdaşlarına təsir edəcək. Cariad-da hazırda 5,9 min nəfər çalışır. İxtisar işçilərin ümumi sayının demək olar ki, 30%-nə təsir edəcək və ilk növbədə işdən çıxma ödənişləri proqramları vasitəsilə həyata keçiriləcək. 

2024-cü maliyyə ilində Volkswagen-in vergidən sonrakı mənfəəti əvvəlki illə müqayisədə 30,6% azalaraq, 2023-cü ilin eyni dövründə Volkswagen Qrupunun vergidən sonrakı mənfəəti demək olar ki, 17,9 milyard avro təşkil edib (17,8% azalaraq 5,1 milyard avroya (mənfi) və 9,3 milyon ədəd avtomobil satışını göstərib. Eyni zamanda, satış gəlirləri ötən illə müqayisədə bir qədər artıb (1%-dən az, 324,7 milyard avro).

Qeyd edək ki, Avropada elektromobillər üçün sifarişlərin həcmində də artım müşahidə olunub.