"Volkswagen" buna görə 27 milyon funt-sterlinq cərimələndi | Banco.az

"Volkswagen" buna görə 27 milyon funt-sterlinq cərimələndi

Müəllif:Ayşən İmanova/Banco.az

Böyük Britaniyanın Maliyyə Davranış Təşkilatı (FCA) "Volkswagen Financial Services" (VW Finance) şirkətini problemli müştərilərlə düzgün davranmadığına görə 5,4 milyon funt-sterlinq məbləğində cərimələyib. 

Banco.az xəbər verir ki, əlavə olaraq şirkət avtomobil istehsalçısının maliyyə bölməsinin hərəkətlərindən zərər çəkə biləcək 110 min britaniyalı müştəriyə 21,5 milyon funt sterlinqdən çox təzminat ödəyəcək.

Tənzimləyici qeyd edir ki, 2017-2023-cü illər arasında "VW Finance" müştərilərin fərdi xüsusiyyətlərini başa düşə bilməyib və ya ehtiyaclarına uyğun dəstək göstərməyib. Xüsusən də, şirkət çətin maliyyə vəziyyətinə düşmüş və krediti vaxtında qaytara bilməyən kredit götürənlərdən avtomobil almaqda təqsirli bilinib. Eyni zamanda, "VW Finance" işçiləri vəziyyəti anlamağa və müştərilərə mövcud şəraitdən çıxmaq üçün başqa variantlar təklif etməyə belə cəhd etməyiblər. Avtomobilini itirən bir çox müştəri daha da pis vəziyyətdə qalıb, çünki işə getmək və ya işin özü üçün onların maşına ehtiyacı olub.

Ən sərfəli kredit üçün müraciət et

FCA qeyd edib ki, son dörd il ərzində o, 100-dən çox kreditorla işləmiş və ümumilikdə 65 milyon funt-sterlinqdən çox olan 320 min bank və maliyyə qurumu müştərisi üçün kompensasiya əldə edib.