Vizasız ölkələrin dünya reytinqi açıqlanıb | Banco.az

Vizasız ölkələrin dünya reytinqi açıqlanıb

“Henley and Partners” şirkəti “Viza məhdudiyyətləri 2016” adlı illik qlobal reytinq cədvəli tərtin edib.

Banco.az Modern.az-a istinadən xəbər verir ki, reytinqdə xarici ölkələrə vizasız səfər etməyə imkan verən ölkələrin adları yer alıb.

62 ölkəyə vizasız səfər etməyə imkan verən Azərbaycan pasportu reytinqdə 75-ci pillədə qərarlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Vətəndaşlarına 57 ölkəyə vizasız səfər etmək imkanı verən Ermənistan 80-ci, 67 ölkəyə vizasız səfər edən Gürcüstan vətəndaşları 71-ci, 37 ölkə ilə vizasız rejimin qüvvədə olduğu İran 98-ci, 102-i ölkə ilə vizasız rejmi olan Türkiyə isə 51-ci pillədədir.

43-cü pillədə olan Rusiya pasportu ilə isə 104 ölkəyə getmək mümkündür.

İlk pillələri Almaniya (177 ölkə) və İsveçrə (176 ölkə) bölüşür.

Ən sərfəli krediti almaq üçün müraciət et